Xəbər lenti
Ermənistan Müdafiə Nazirliyində xaotik durum: Növbəti addım nə olacaq?
Serj Sarkisyanın istefasından sonra Ermənistan müdafiə nazirliyində Vigen Sarkisyanla digərlərinin mövqeləri toqquşub.
Daha öncə xəbər veridiyimiz kimi, Serj Sarkisyan istefa vermədən öncə Ermənistan ordusunun sülhməramlı briqadasının bir qrup hərbi qulluqçuları hərbi hissəni tərk edərək, nümayişçilərə qoşulub.
Manevr.az xəbər verir ki, hazırda baş verənlərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyində aparılan müzakirələr zamanı müdafiə naziri Vigen Sarkisyan və erməni ordusunun digər yüksək vəzifəli şəxslərinin mövqelərində toqquşma baş verib.
Vigen Sarkisyan tələb edir ki, baş verənlərlə əlaqədar ciddi ölçü götürülməli, buna yol verən hərbi qulluqşular cinayət məsuliyyətinə cəlb edilməlidir. Lakin Ermənistan ordusunun yüksək vəzifəli hərbi qulluqçuları nazirə məsləhət görüblər ki, hərbi hissəni tərk edən hərbi qulluqçularla əlaqədar hər hansı dəyərləndirmə aparmaqdan, xüsusilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə danışmaqdan uzaq dursun.
Lakin Vigen Sarkisyan öz istədiyini etməklə ciddi bəyanat verib. Lakin bir neçə saat sonra vəziyyət dəyişərək, Serj Sarkisyanın istefası ilə nəticələnib. Belə olan halda Ermənistan müdafiə nazirliyində hərbi hissəni tərk edən hərbi qulluqçular, xüsusilə də onların cinayət məsuliyyətinə cəlb olunmasına dair fikirlər yaddan çıxıb.
Onlara qarşı heç xidməti araşdırmaların da təyin edilmədiyi bildirilir./ordu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar