Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaqlara təcavüz edənlər edam olunacaq - YENİ QANUN

Tarix: 23-04-2018 09:52     Baxış: 3306 A- / A+
Uşaqlara təcavüz edənlər edam olunacaq - YENİ QANUN


Hindistan hökuməti təcavüz hallarının qarşısını almaq məqsədi ilə yeni qanun layihəsi hazırlayıb.

Son günlər ölkədə uşaqlara təcavüz hallarının artması səbəbindən kütləvi etirazlar baş qaldırıb. Hakimiyyət isə etirazların qarşısını almaq üçün qanun layihəsi hazırladığını iddia edir. Qanun layihəsi ölkədə "Yetkinlik yaşına çatmamış şəxslərin müdafiəsi" cəmiyyəti tərəfindən hazırlanıb.

Qanuna əsasən 12 yaşına çatmamış uşaqlara təcavüz edən şəxsləri minimum 20 il, maksimum isə ömürlük həbs cəzası və ya ölüm hökmü gözləyir. Qrup halında təcavüz halları qeydə alınarsa, həmin şəxslər vəziyyətdən asılı olaraq ömürlük həbs və ya edam hökmü ilə cəzalandırılacaqlar.

Bundan başqa, qanun layihəsində qeyd olunub ki, yaşı 16-dan az olan qız uşaqlarına təcavüz edən şəxslər Hindistan hakimiyyəti tərəfindən minimum 10, maksimum 20 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Qadınlara qarşı təcavüz halları üçün minimum 10 il müddətinə həbs nəzərdə tutulub.

Ölkədə azyaşlı uşaqlara qarşı seksual xarakterli cinayətlərin sayının artması ciddi rezonans doğurub. Bu məqsədlə hazırlanan qanun layihəsinin 6 ay müddətində Parlamentdə müzakirəyə qoyulacağı bildirilib.

Xatırladaq ki, son günlərdə ölkənin Katxua şəhərində şəhərdən kənarda atılmış zavod yaxınlığında 8 yaşlı qızın cansız bədəni aşkar edilib. Ekspertiza nəticələrinə görə qız zorlanaraq öldürülüb. Ötən ay ərzində ölkədə 11 yaşına çatmamış 86 nəfər qız uşağının təcavüzə məruz qalaraq öldüyü deyilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar