Xəbər lenti
Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
Ermənistan prezidenti Armen Sarkisyan ölkədəki vəziyyətin təhlükəli həddə çatdığını bildirərək, tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb.
Manevr.az bildirir ki, Armen Sarkisyanın bəyanatı prezidentin rəsmi saytında dərc edilib.
"Ölkəmizdəki proseslər təhlükəli həddə çatıb, bu çox ciddi fəsadlarla nəticələnə bilər. Təəssüf ki, ötən gün əldə olunan razılaşma və danışıqlar pozulub. Dialoq vəziyyətin sabitləşməsinə və gərginliyin azaldılmasına gətirib çıxara bilərdi", - deyə Ermənistan prezidenti qeyd edib.
A.Sarkisyan ölkədə sabitliyin pozulmasına gətirib çıxara biləcək destruktiv davranışa yol verməməyə, dialoq axtarışını davam etdirməyə çağırıb: "Bütün vətəndaşları, diaspordakı həmvətənlərimizi vəziyyəti gərginləşdirmək cəhdlərinə yol verməməyə, təmkinlilik nümayiş etdirməyə çağırıram", - deyə prezidentin bəyanatında deyilir.
Qeyd edək ki, bu gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan i Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.
Bundan əvvəl S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.
Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar