Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyada üçüncü dəfə üz köçürülən ilk insan - Nadir xəstəlik

Tarix: 20-04-2018 10:59     Baxış: 3336 A- / A+
Dünyada üçüncü dəfə üz köçürülən ilk insan - Nadir xəstəlik


Tibdə qeydə alınan inqilabi əməliyyat nəticəsində ilk dəfə olaraq bir kişiyə 3-cü dəfə yeni üz köçürülüb.

Jerom Amon adlı kişiyə artıq 3-cü dəfədir ki, yeni donor tapılıb, üz köçürülür. Birinci köçürülən üzünü o, antibiotiklərin təsirindən itirib.

43 yaşlı kişi düz 2 ay üzsüz qalıb. Bu müddət ərzində o, Paris xəstəxanasında yatıb.

Jerom dünyada nadir genetik xəstəlik olan neyrofibromatozdan əziyyət çəkir. Onun üzündə dərialtı və dəriüstü böyük şişlər çıxaraq, üzünü yararsız hala salıb.

İlk üz ona 2010-cu ildə köçürülüb və uğurla başa çatıb. Lakin 2015-ci ildə qəbul etdiyi antibiotiklərdən sonra üzdə əks təsir verərək nekroz yaradıb. Cərrah məcbur olub 2017-ci ildə üzü cərrahi əməliyyatla götürüb. Həmin vaxtdan 2018-ci ilə kimi Amon xəstəxanada yataraq, nə danışıb, nə görüb, nə də eşidib.

Sonra uyğun donor tapılıb və ikinci dəfə üz köçürülüb. Təkrar nekrozlaşmanın qarşısını almaq üçün Amonun qanı təmizlənib.

Təzə üzü hələ tam konturlarını almayıb və çox hamardır. Amma Amon nəticədən razıdır. "Mənim 43 yaşım var. Donorun isə 22 yaşı var idi. O zaman mənim indi 22 yaşlı üzüm var”, – deyə Amon müsahibəsində bildirib.

Üz transplantasiyasını professor Loran Lantyeri icra edib.

Professor bu əməliyyatla tibdə sübut edib ki, təkrar üz köçürmə mümkündür. Burda pasiyentin də iradəsi mühüm rol oynayıb. /medicina.az

Manevr.az


Dünyada üçüncü dəfə üz köçürülən ilk insan - Nadir xəstəlik

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar