Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ bu ölkələri müharibə meydanına atır – Trampın şok planı ORTAYA ÇIXDI

Tarix: 17-04-2018 18:51     Baxış: 3311 A- / A+
ABŞ bu ölkələri müharibə meydanına atır – Trampın şok planı ORTAYA ÇIXDI


ABŞ-ın prezidenti Donald Trampın administrasiyası ölkənin şimal-şərqində vəziyyətin sabitləşməsi üçün Amerika hərbi kontingentini ərəb ölkələrindən olan hərbi qulluqçularla əvəz etməyi planlaşdırır.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçi Con Bolton yaxın vaxtlarda Misirin Ümumi Kəşfiyyat Xidmətinin başçısının vəzifələrini icra edən general Abbas Kamelə zəng edib və Qahirənin sözügedən planın reallaşdırılmasında kömək göstərib-göstərməyəcəyi ilə maraqlanıb. Qəzet qeyd edir ki, daha əvvəl ABŞ administrasiyası Suriyanın şimal hissəsinin bərpası üçün milyardlarla dollar vəsaitin ayrılması xahişiylə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) müraciət edib. Məmurların məlumatına görə, ölkə rəhbərliyi həmçinin istəyir ki, ərəb ölkələri hərbi qulluqçularını regiona göndərsin.

Nəşr qeyd edir ki, ABŞ administrasiyasının yeni təşəbbüsü Suriyada təhlükəsizlik sahəsində yaranan “boşluq”dan qaçmağa yönəlib.

Yaxın Şərq İnstitutununun analitik mərkəzinin böyük elmi işçisi Çarlz Lister hesab edir ki, yeni güclərin çağırışı problematikdir, çünki Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə hərbi qüvvə saxlayır, Misir isə prezident Bəşər Əsədin nəzarət etmədiyi əraziləri müdafiə etmək istəməyəcək. Həmçinin, onun fikrincə, ABŞ Suriyada hərbi qüvvə saxlamaq istəməsə, ərəb ölkələri bu ölkəyə hərbçilərini yollamağa razılaşmayacaq.

Bir gün əvvəl Ağ Ev bildirib ki, ABŞ Suriya ərazisini mümkün qədər tərk etmək niyyətindədir. Bazar günü isə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Amerika qoşunları yalnız qarşıya qoyulan bütün məsələlərin yerinə yetirilməsindən sonra Suriyanı tərk edəcək. Bu məsələlər isə İŞİD terror təşkilatı üzərinə tam qələbə, kimyəvi silahın ABŞ üçün risk daşımadığına dair zəmanət və İranın hərəkətlərinin izlənilməsidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar