Xəbər lenti
QƏRİBƏ YENİLİK: intihar etmək istəyənlər bu yolla ÖZÜNÜ ÖLDÜRƏCƏK - FOTO
Amsterdamda keçirilən və dəfn sahəsində yeniliklərə həsr edilmiş yarmarkada "intihar maşını" adı altında təqdim edilən qurğu dünya mediasının diqqətini çəkib. Bu qurğunun köməyi ilə istifadəçilər bir düyməni basmaqla özlərini rahat şəkildə öldürə biləcəklər.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, "Sarco" adlandırılan prototip 3D çap printeri ilə hazırlanıb. Layihənin müəllifi isə Avstraliyalı aktivist Filip Niçke, dizayneri isə Niderlanddan olan Aleksandr Silgec olub. Layihə rəhbəri qurğunu "İntihar kapsulası" adlandırır.
Filip Niçke bildirib ki, bu qurğu insanları dəhşətli intihar üsullarından xilas edəcək:
"Özlərini öldürmək istəyən insanlar sadəcə olaraq kapsulun içərisinə uzanıb düyməni basır. Qısa zamanda kapsul azotla dolur. Həmin an insan sadəcə güclü başgicəllənmə hiss edəcək və qısa zamanda şüurunu itirərək öləcək".
İxtiraçılar qurğunu virtual reallığı göstərən eynəklərin köməyi ilə təqdim ediblər. Eynəklərin köməyi ilə insanlar kapsulun içərisində baş verənləri izləyə bilib.
"Sarco" intihar qurğusunun cari ilin sonuna kimi birinci modeli tamamilə hazırlanıb təqdim ediləcək. Daha sonra qurğunun hazırlanma prosesi açıq mənbə şəklində internetdə yerləşdirəcək və qurğudan istifadə etmək istəyən şəxs bu modeli 3D printerlə çap edə biləcək.
Jurnalistlərin qurğunun hansı qanun normalara görə tənzimləndiyi suallarını cavablandıran Niçke bildirib ki, bu, bir çox Avropa ölkələrində qəbul edilib:
“Çox ölkələrdə artıq intihar qanuna zidd hesab olunmur. Bu həyat insanındırsa, nə zaman ölmək istəyəcəyinə də o qərar verə bilər. Bu qurğu insanlara ölüm seçimində sadəcə köməklik edir. Düşünürəm ki, bu, qatarın qarşısına keçib dəhşətli ölümünü gözləməkdən daha asandır. Hesab edirəm ki, bu, insanın fundamental hüququdur. Bu insanlar üçün bir növ tibbi imtiyaz deyil, azad seçimdir. Həyatda hər şey insanın öz əlində olmalıdır”.
Qeyd edək ki, yarmarkada "Sarco”nu test etmək üçün uzun növbə yaranıb. İnsanlar qurğunun necə təsir etdiyini öyrənməyə böyük maraq göstəriblər.
52 yaşlı İ.Verstraaten “İntihar kapsulası” içərisində gördüklərini danışır: "Bu, həqiqətən də təəccüblü və qəribə idi. Sadəcə baş ağrısı və sakitlik. Yuxarı baxdığında sadəcə dəniz görürsən. Ölümə getdiyin ağlına belə gəlməz”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar