Xəbər lenti
Yerevan polisi aksiyaçıları hədələyib
Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.
Manevr.az bildirir ki, bu barədə "İnterfax" məlumat yayıb.
Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.
Asayiş keşikçiləri əlavə ediblər ki, qanunvericiliyə uyğun olaraq, aksiyanın təşkilatçılarının olmadığı halda və ya polisin tələblərini yerinə yetirmədiyi halda onlar kütləvi tədbiri dağıtmaq hüququna malikdirlər.
Qeyd edək ki, etirazçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində namizədliyinin irəli sürülməsinə qarşı kütləvi aksiyalar keçirirlər. Aksiyalar zamanı baş vermiş toqquşmalar nəticəsində 46 nəfər xəsarət alıb./report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar