Xəbər lenti
11 sentyabr hadisəsi ilə bağlı ŞOK HƏQİQƏT ÜZƏ ÇIXDI: sən demə, hücum...
Məşhur distopiya yazarı Marqaret Etvud ABŞ-da baş verən 11 sentyabr hadisələri ilə bağlı şok açıqlama verib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, 78 yaşlı kanadalı yazar Əkiz Qüllələri partladan Əl-Qaidə terror təşkilatının hadisənin ideyasını “Star Wars” (Ulduzların savaşı) filmindən götürdüyünü bildirib.
O, bu barədə “Variety” dərgisinə verdiyi müsahibədə danışıb. Yazar populyar mədəniyyətin gerçək həyat üzərindəki təsirindən danışarkən 11 sentyabr hadisələrini misal çəkib.
“Damazlıq qızın hekayəsi” əsərinin müəlllifi həmin əsərində də 2000-ci illərdə Əkzi Qüllələrin və başqa bəzi əşyaların havaya uçduğunu göstərən səhnə ilə başladığını deyib: “Ancaq həmin hadisədən sonra əsərin o qismini çıxarmaq məcburiyyətində qaldıq. Bu tüklərinizi ürpərtmirmi? Narahat olmayın, Əkiz Qüllələrin havaya uçması fikrini mənim əsərimdən deyil, “Ulduzların savaşı”nın ssenarisindən götürdülər”.
Etvud serialın ilk bölümündən bir səhnəni xatırladaraq “iki nəfər bir şeyin ortasından təyyarə ilə keçir və onu havaya uçurur. Tək fərq isə serialda bu insanların sağ qalmasıdır” deyib.
Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı 11 sentyabr 2001-ci ildə Nyu-York şəhərindəki Əkiz Qüllələrə hücum təşkil etmiş, hadisə nəticəsində 3000 nəfər həlak olmuşdu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar