Xəbər lenti
Rusiya ABŞ-la döyüşdən QAÇIR? – Peykdən şəkilən ŞOK FOTOLAR
Rusiya hərbi gəmiləri Suriyanınn Tartus şəhərində daimi düzülüş yerlərini tərk edib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu “ImageSat International” (İSİ) şirkətinin sosial şəbəkələrdə paylaşdığı peyk fotoları göstərir.
Şəhərdə Rusiyanın Hərbi Dəniz-Donanmasının maddi-texniki təminatının 720-ci məntəqəsi yerləşir.
Aprelin 11-dən əvvəl çəkilmiş kadrlardan birində doqquz gəmi və iki sualtı gəmi görünür. İkinci foto aprelin 11-də çəkilib. Orada yalnız bir sualtı qayıq var. Fotoların altında olan şərhlərdə güman edilir ki, gəmilər ABŞ-ın mümkün zərbələri ərəfəsində Tartusu tərk ediblər.
Rusiyanın Müdafiə Nazirliyi fotolarla əlaqədar hər hansı şərh verməyib.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.
“Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.
Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Ekspertlər hesab edirlər ki, hazırkı situasiya genişmiqyaslı qarşıdurma ilə nəticələnə bilər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar