Xəbər lenti
Şahzadə verdiyi qərarları Məhəmməd peyğəmbərlə belə əlaqələndirdi
Amerikanın “Time” dərgisinin yeni sayında üz qabığı olan Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman yeni qərarları ilə bağlı maraqlı açıqlamalar verib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, şahzadə ölkəsində qadınla kişi hüquqlarının bərabərliyi mövzusunda etdiyi reformasiyaları müdafiə edib.
Şahzadə verdiyi müsahibədə ölkəsindəki gender bərabərliyi mövzusunda atdığı addımlardan bəhs edərkən Məhəmməd peyğəmbəri nümunə göstərib.
“Biri çıxıb qadınların idman müsabiqələrinə qatıla bilməyəcəyini söylərsə, ona peyğəmbərimiz Məhəmmədi xatırladaram. O, həyat yoldaşı Ayşə ilə yarışardı. Biri çıxıb qadınların iş dünyasında yer ala bilməyəcəyini söylərsə, ona Məhəmmədin iş qadını olan həyat yoldaşı Xədicəni xatırladaram”,- deyə Məhəmməd Salman bildirib.
Səudiyyə şahzadəsi daha əvvəl verdiyi müsahibədə də ölkəsinin “yəhudilərə qarşı xoş olmayan sözlər işlədilməsi”nə dair sullara Məhəmməd peyğəmbəri misal çəkmişdi: “Ölkəmizin yəhudilərlə bir probelmi yoxdur. Peyğəmbərimiz yəhudi bir qadınla evlənmişdi. Onun qonşuları yəhudi idi. Bu gün ABŞ-dan, Avropadan ölkəmizi ziyarət etmək üçün gələn çox sayda yəhudi görə bilərsiniz. Xristianlar, müsəlmanlar və yəhudilər arasında bir problem yoxdur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar