Xəbər lenti
Bu ölkədə qadınlara orduda xidmət etməyə icazə verildi
Qanunda hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası...
Qətər əmiri Tamim bin Həmad əl Tani ölkədə kişilər üçün hərbi xidmətin 3 aydan 1 ilədək uzadılması barədə qanun imzalayıb.
Manevr.az "report"a istinadən bildirir ki, bu barədə "QNA" agentliyi bildirib.
Agentliyin xəbərində qeyd edilir ki, yeni qanunla ölkə qadınları hərbçi ola bilərlər. Ölkənin 18 yaşını tamam etmiş qadınları yeni qanunla ilk dəfə könüllülük əsasında orduda xidmət hüququ ilə təmin ediliblər.
"Yaşı 18-dən 35-ə qədər olan kişilər icbari hərbi xidməət keçməlidirlər. Qadınlar üçün Vətənə xidmət könüllüdür", - deyə agentlik bildirib.
Qanunda həmçinin hərbi xidmətdən yayınanlar üçün 3 ilədək həbs cəzası və 50 min rial (təxminən 15 min ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulur. Qətərin kişi sakinləri 18 yaşları tamam olduqdan 2 ay sonra orduya getməlidirlər.
Bundan əlavə, Qətər özünün Hərbi Xidmət Akademiyasını da yaradacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar