Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ən böyük Günəş elektrik stansiyası tikilir

Tarix: 03-04-2018 08:53     Baxış: 3479 A- / A+
Ən böyük Günəş elektrik stansiyası tikilir


Dünyada ən böyük günəş elektrik stansiyasının dəyəri təxminən 200 milyard dollar təşkil edəcək. Səudiyyə Ərəbistanı Yaponiyanın "SoftBank" texnologiya nəhəngi ilə birgə elektrik stansiyasının tikintisi ilə məşğul olacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, gözləntilərə görə, 2030-cu ilədək layihənin gücü 200 qiqavata yaxınlaşacaq ki, bu da istənilən analoqdan 100 dəfə böyük göstəricidir. İndi Çində yerləşən Tenqer səhrasında qurulmuş günəş elektrik stansiyası dünyada ən böyük günəş ferması hesab edilir və 1500 mvt gücündə enerji hasil edir.

Günəş enerjisinə belə böyük məbləğdə investisiya Səudiyyə Ərəbistanının neftdən asılılığını azaldacaq. İndi Səudiyyə Ərəbistanı təxminən 77 QVt gücündə elektrik enerjisi sərf edir və 200 QVt-lıq layihə elektrik enerjisinin yalnız ölkə daxilində istifadəsinə deyil, həm də digər ölkələrə ixracına imkan verəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar