Xəbər lenti
General-polkovnik həbs olundu - Komandan müavini idi

Bu barədə Rusiya mediasında 235-ci Qarnizon Hərbi Məhkəməsinin protokollarına istinadla məlumat yayılıb.
İşə 25 noyabrda baxılıb. Qrexovun həbsi üçün ərizə Rusiya İstintaq Komitəsinin (İK) Baş Hərbi İstintaq İdarəsi tərəfindən verilib.
Qrexov 1979-cu ildən hərbi xidmətdədir. 2007-ci ildən 2009-cu ilə qədər Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının hava hücumundan müdafiə bölməsinin qərargah rəisi vəzifəsini icra edib.
2013-cü ildə Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Qüvvələrinin qərargah rəisi təyin edilib.
2015-ci ildə Qrexov Aerokosmik Qüvvələrdə oxşar vəzifəyə keçib. 2021-ci ildən Aerokosmik Qüvvələrin Silahlanma üzrə Baş Komandanının müavini vəzifəsini tutub. Elə həmin il general-polkovnik rütbəsinə yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyada rüşvət və korrupsiya əməllərinə görə çoxlu sayda yüksək rütbəli hərbçilər, o cümlədən generallar həbs olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































