Sizin Reklam Burada
Xəbər lenti
21-11-2026
20-11-2026
BÜTÜN XƏBƏRLƏR

"Titanik" sərnişininin saatı bu qiymətə satıldı

Tarix: 22-11-2026 08:33     Baxış: 329 A- / A+
"Titanik"in batması nəticəsində həlak olan Meri Manqanın cib saatı 200 min funt sterlinqə (260 min dollar) hərracda satılıb.

Bu barədə Böyük Britaniyanın "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, 32 yaşlı Manqan 1912-ci ildə İrlandiyanın Kvinstaun şəhərində (indiki Kobh) "Titanik" gəmisinə minib. O, İrlandiyadakı ailəsini ziyarət etdikdən sonra ABŞ-a qayıdırdı. Onun cəsədi Makkay-Bennett gəmisi tərəfindən tapılıb.

Digər tərəfdən, uruqvaylı torpaq sahibi Ramon Qomezin məktubu da hərracda 65 min funt sterlinqə (85 min dollar) satılıb. İspan dilində əlyazma ilə yazılmış məktubda onun gəmidəki həyatı ətraflı təsvir olunub. Məktub qardaşı Adolfo üçün nəzərdə tutulmuşdu. O, ehtimal ki, məktubu Kvinstaunda dayanacaq zamanı poçtla göndərməyi planlaşdırırdı.

Bundan əlavə, Elizabet Braun və qızı Editə məxsus kitab 29 min funt sterlinqə (38 min dollar) hərracda satılıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar