Sizin Reklam Burada
Xəbər lenti
21-11-2026
20-11-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistanda saxta içkidən 18 nəfər öldü, mindən çox şəxs xəstəxanaya yerləşdirildi

Tarix: 22-11-2026 08:24     Baxış: 326 A- / A+
Hindistanda saxta içkidən 18 nəfər öldü , mindən çox şəxs xəstəxanaya yerləşdirildi
Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 18 nəfər ölüb, mindən çox insan xəstəxanaya yerləşdirilib.

ANI agentliyinin məlumatına görə, bunu ştatın Qanunvericilik Assambleyasında Hindistan Milli Konqresi Partiyasının fraksiya rəhbəri Meqaçandra Sinqh bildirib.

Onun sözlərinə görə, spirtli içkilərin tərkibində metanol aşkarlanıb. Bu maddə zəhərlənən şəxslərdə ciddi sağlamlıq problemlərinə, o cümlədən böyrək funksiyalarının pozulmasına səbəb olub.

Deputat qeyd edib ki, cümə günü 600, şənbə günü səhər saatlarında isə daha 300 nəfər xəstəxanaya yerləşdirilib.

Ştat hakimiyyəti son günlər mənşəyi şübhəli olan spirtli içkilər qəbul etmiş və ya zəhərlənmə əlamətləri hiss edən sakinləri dərhal tibbi yardıma müraciət etməyə çağırıb.

Sakinlərə özünümüalicə ilə məşğul olmamaq və şübhəli içkilərin qablaşdırmalarını saxlamaq tövsiyə edilib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar