Sizin Reklam Burada
Xəbər lenti
06-11-2026
05-11-2026
BÜTÜN XƏBƏRLƏR

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Tarix: 06-11-2026 22:45     Baxış: 331 A- / A+
Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.

O, bildirib ki, müxtəlif ölkələrdən qadınların təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istəyir.

Zonabendin sözlərinə görə, nümayəndə heyətinin məqsədi məhbuslara yaxınlarının məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır.

O qeyd edib ki, səfərlə bağlı hazırlıq işləri davam edir. Nümayəndə heyəti müvafiq razılaşmalar əldə olunduqdan sonra Bakıya gəlməyə hazırdır.

Zonabend, həmçinin bildirib ki, məhbuslar üçün müxtəlif şəxslər tərəfindən toplanan 1254 məktub oktyabrın 1-də Ermənistan hökumətinə təqdim edilib. Məktubların Bakıya çatdırılmasına kömək göstərilməsi xahiş olunub.

“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə o vurğulayıb. globalinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar