Xəbər lenti
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb

Almaniyanın Maqdeburq şəhərinin şimal-şərqində A2 avtomagistralına yüngül mühərrikli təyyarə çırpılıb, 2 nəfər ölüb.
Aviaqəza bu gün gündüz saatlarında baş verib.
İlkin məlumatlara görə, təyyarə trasda hərəkət edən avtomobillərə dəyməyib. Onun qəzaya uğramasının səbəbi araşdırılır.
Hadisə yerində polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri işlərini davam etdirir. A2 avtomagistralında Berlin istiqamətində hərəkət bağlanıb.
Qəza nəticəsində təyyarə demək olar ki, tamamilə dağılıb.
"Flightradar" portalının məlumatına görə, qəzaya uğrayan təyyarənin ikiyerli ultrayüngül "Aerostyle Breezer" olduğu ehtimal edilir. O, Şlezviq-Holştayn federal əyalətinin Kropp şəhərindəki aviasiya-idman klubunun adına qeydiyyata alınıb. azxeber.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
İdman
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































