Sizin Reklam Burada
Xəbər lenti
01-11-2026
31-10-2026
BÜTÜN XƏBƏRLƏR

Piramidlərin alimlərin hələ də izah edə bilmədiyi 6 SİRRİ

Tarix: 02-11-2026 08:38     Baxış: 336 A- / A+
Misir piramidaları qədim dünyanın ən sirli tikililəri hesab olunur. Alimlər onların quruluşu və tikinti üsulları ilə bağlı bəzi suallara hələ də tam cavab tapa bilməyiblər.

Araşdırmalara görə, əsas müəmmalar bunlardır:

1. Misir piramidasındakı gizli boşluq – 2017-ci ildə alimlər piramidanın daxilində uzunluğu ən azı 30 metr olan böyük boşluq aşkar ediblər. Onun hansı məqsədlə yaradıldığı məlum deyil.

2. Amazon meşələrindəki piramidalar – Lazer skanerləri vasitəsilə Cənubi Amerikada əvvəllər məlum olmayan qədim yaşayış məskənləri və hündürlüyü 22 metrə çatan piramida tipli tikililər aşkarlanıb.

3. Nəhəng daş blokların daşınması – Qədim misirlilərin yüz tonlarla ağırlığında daşları necə daşıdıqları barədə sübutlar olsa da, piramidaların yuxarı hissələrinin tikintisində istifadə edilən üsullar tam aydınlaşdırılmayıb.

4. Gizli tunellər – Misir piramidasında Kraliça otağından başlayan dar tunellərin məqsədi hələ də müzakirə olunur. Bəzi alimlər onların dini inanclarla və fironların axirət dünyasına səyahəti ilə bağlı olduğunu düşünürlər.

5. Sudanda piramidaların çoxluğu – Sudanda Misirdən daha çox qədim piramida var. Bunların əksəriyyəti Kuş krallığı dövründə tikilib. Bu ənənənin əsrlər boyu davam etməsi onların sayının çoxluğunu izah edir.

6. Karal sivilizasiyasının tikililəri – Peruda təxminən 5 min il əvvələ aid piramidayabənzər tikililər aşkarlanıb. Alimlər müharibə və güclü hakimiyyətə dair ciddi sübutlar olmayan bu cəmiyyətin belə böyük tikililəri necə inşa etdiyini araşdırırlar. lent.az

Manevr.az 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar