Sizin Reklam Burada
Xəbər lenti
01-11-2026
31-10-2026
BÜTÜN XƏBƏRLƏR

14 yaşında ölkə qurdu, indi ora gedə bilmir

Tarix: 01-11-2026 21:41     Baxış: 340 A- / A+
14 yaşında öz dövlətini yaratmaq qərarına gələn gənc indi həmin əraziyə gedə bilmir.

21 yaşlı Daniel Cekson 2019-cu ildə Xorvatiya ilə Serbiya arasında, Dunay çayı sahilində yerləşən mübahisəli ərazidə “Verdis Azad Respublikası” adlı mikrodövlət elan edib.

Cekson və dostları xəritədə heç bir ölkənin öz ərazisi kimi qəbul etmədiyini düşündükləri torpaq sahəsini aşkar etdikdən sonra burada müstəqil dövlət yaratmaq qərarına gəliblər. Layihə çərçivəsində bayraq, konstitusiya, hökumət strukturu və pasportlar hazırlanıb. Lakin 2023-cü ildə Daniel Cekson və tərəfdarları ərazidə məskunlaşmağa cəhd edərkən Xorvatiya polisi onları oradan çıxarıb və deportasiya edib. Ceksonun Xorvatiyaya girişinə də qadağa qoyulub. Nəticədə o, yaratdığı mikrodövləti xaricdən idarə etməyə məcbur qalıb.

Verdisin tərəfdarları vətəndaşlıq sistemi və dövlət qurumları formalaşdırsalar da, bu qurum beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmır. Cekson isə layihənin gələcəkdə tanınacağına ümid edir.

Qeyd edək ki, 2026-cı ilin oktyabrında Daniel Cekson Verdisin humanitar təşəbbüsləri ilə əlaqədar Nyu-Yorkda keçirilən tədbirdə mükafat alıb. Lakin tədbirin BMT-nin qərargahında keçirilməsi Verdisin BMT tərəfindən dövlət kimi tanınması demək deyil. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar