Sizin Reklam Burada
Xəbər lenti
30-10-2026
29-10-2026
BÜTÜN XƏBƏRLƏR

Gürcüstan-Azərbaycan sərhədində düyün açılır?

Tarix: 30-10-2026 21:30     Baxış: 336 A- / A+
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi, o cümlədən Qareci monastırı və ətraf ərazi ilə bağlı məsələlər müzakirə olunub.

Məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib.

Baş nazir qeyd edib ki, tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.

“Son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli irəliləyiş əldə etmək istəyirik. Razılığa gəlinməyən hər bir hissəni dostcasına müzakirə etməliyik. Təxminən 15 belə hissə var və onların hamısı üzrə fəal işləməliyik”, - İ.Kobaxidze bildirib.
HlrfPJsaJveXupkqCayUUG6lGlZ3gzyJDlQZDfmg_1200.jpg (88 KB)
Hökumət başçısı vurğulayıb ki, əsas məqsəd məsələnin prinsipial həllinə nail olmaqdır və bunun üçün sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması vacibdir.

O, Azərbaycan tərəfinin prosesin sürətləndirilməsi ilə bağlı müraciətə müsbət və səmimi yanaşma nümayiş etdirdiyini də qeyd edib.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb.

Amma sərhəd xəttinin üçdə biri, o cümlədən, “David Qareci” monastır kompleksinin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır. Əsas mübahisəli məqam da məhz budur. Belə ki, tarixçilərin sözlərinə görə, “David Qareci” kompleksi 1920-ci illərdən iki dövlətin ərazisində yerləşir. Zaqafqaziya Sovet Respublikalarının sərhədləri müəyyənləşdiriləndə Bertubani monastırı Azərbaycan ərazisinə aid edilib ki, Gürcüstan tərəfi buna etiraz etmir, Udabno və Çiçxituri monastırları isə sərhəd zonasında qalıb. Monastır kompleksinə aid obyektlər 25 kilometrlik yamacı boyu-Azərbaycan və Gürcüstan arasındakı sərhəd xətti üzrə səpələnib. Monastır mağaralarının mənşəyi də müzakirə mövzularından biridir. Belə ki, Gürcüstanda “David Qareci” kompleksini mənəvi və mədəni cəhətdən mühüm hesab edirlər. Azərbaycanda isə bu kompleksi “Keşikçidağ” adlandırır və onu Qafqaz Albaniyasının Cənubi Qafqazda, o cümlədən müasir Azərbaycan ərazilərində mövcud olmuş dövlətin mənəvi irsi hesab edirlər.

O ki qaldı Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin uzunluğuna, eks xarici işlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, iki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Açıq mənbələrdə son illərə bu barədə rəsmi məlumat yoxdur.

Yeri gəlmişkən, Gürcüstan hökumətinin 2027-ci il dövlət büdcəsi layihəsində Azərbaycan və Ermənistanla dövlət sərhədlərinin delimitasiyası prosesinin bərpa və ya davam etdirilməsinə dair müddəa yer alıb. Bu da Gürcüstan hökumətinin məsələ ilə bağlı konkret planlarının olduğunu göstərir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar