Xəbər lenti
Ukraynanın kapitulyasiyası ABŞ-a baha başa gələcək

Amerikalıların əksəriyyəti yaşayış xərcləri, iş yerləri, pensiya əmanətləri və ailələrinin gələcəyi ilə bağlı narahatlıq keçirir. Lakin Ukraynanın məğlubiyyəti ABŞ üçün Kiyevə verdiyi maliyyə dəstəyindən xeyli baha başa gələ bilər.
Manevr.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının məlumatında deyilir.
Nəşr qeyd edir ki, Rusiyanın qələbəsi amerikalılar üçün daha yüksək vergilər, yaşayış xərcləri və xeyli yüksək müdafiə xərcləri deməkdir. Bu, Avropada qeyri-sabitliyə və Tayvan, Cənubi Koreya və Yaponiyaya təzyiqin artmasına səbəb ola bilər. Eyni zamanda bütün bunlar ABŞ-a qarşı iqtisadi və siyasi təzyiqin artmasına gətirib çıxaracaq.
Nəşr yazır ki, müttəfiqlərinin mövqeyinin zəifləməsi ABŞ-ın NATO qarşısında hərbi öhdəliklərini artırmasını tələb edəcək. Bundan əlavə, yeni bölgələrdə qeyri-sabitlik enerji təchizatını və beynəlxalq dəniz gəmiçiliyini təhdid edə bilər ki, bu da yanacaq qiymətlərinin, nəqliyyat xərclərinin və inflyasiyanın artmasına səbəb ola bilər.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































