Xəbər lenti
Daha bir ölkədə silahlı toqquşmalar başladı
Bu barədə Suriya əyalətinin informasiya idarəsinə istinadla “Syria TV” telekanalı məlumat yayıb.
“Süveyda şəhərində qanunsuz silahlı qruplaşmalar arasında şiddətli toqquşmalar baş verir”, — deyə məlumatda bildirilir.
Telekanalın yerli mənbələrinə görə, söhbət druzların özünümüdafiə qüvvələrinin “Milli Qvardiya” adlanan birləşməsinə daxil olan qruplardan gedir. Toqquşmalar Əl-Məşurab məhəlləsində başlayıb. Daha sonra döyüşlər şəhərin şimal girişində yerləşən Əl-Xərubi rayonundan Əl-Mühəndisin məhəlləsi istiqamətində yayılıb. Atışmalarda iştirak edən tərəflər qumbaraatanlardan və ortaçaplı silahlardan istifadə edirlər.
Oktyabrın 27-də Suriyanın cənub rayonlarına endirilən zərbələrdən sonra ölkənin İordaniya ilə sərhədindəki əsas keçid məntəqəsini bağladığı bildirilmişdi. Bu tədbir “Nəsib” sərhəd-keçid məntəqəsinə şamil edilmişdi.
Bundan bir gün əvvəl İordaniya Silahlı Qüvvələri krallığın hərbi aviasiyasının Suriyanın cənubunda yerləşən terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirməklə “İordaniya çəkindirməsi — Xmud” əməliyyatını həyata keçirdiyini açıqlamışdı. Bu, oktyabrın 23-də İordaniyanın Əl-Kərək əyalətində kilsəyə edilən hücuma cavab olub. Zərbələr nəticəsində terrorçuların istifadə etdiyi obyektlər və onlara məxsus texnika məhv edilib. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























