Xəbər lenti
Qızıldan yol salırlar - Dünyada ilk

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri turizm və ticarət sahəsində növbəti dünya rekorduna imza atmağa hazırlaşır.
“Gulf Today” nəşrinin məlumatına görə, 2026-cı ilin sonuna qədər şəhərdə 24 karatlıq saf qızıldan hazırlanmış xüsusi piyada yolu istifadəyə veriləcək.
Deyra rayonunda yerləşən Dubay Qızıl Məhəlləsinin (Dubai Gold District) Kommersiya Sektorunun baş direktoru Rəşid Əl Harmudi bildirib ki, layihənin yaxın iki ay ərzində tamamlanaraq təhvil verilməsi nəzərdə tutulub. “Qızıl yol” (Gold Walkway) adlanan bu piyada zolağı öz növündə ilk və dünyada ən uzun qızıl cığır olacaq.
Təklif olunan layihə Dubayın qızıl ticarəti, pərakəndə zərgərlik satışı və turizm imkanlarını tək bir konseptual məkanda birləşdirmək planının tərkib hissəsidir. 2026-cı ilin yanvarında fəaliyyətə başlayan rayonda hazırda zərgərlik, külçə qızıl, ətriyyat və dəbdəbəli həyat tərzi məhsulları üzrə 1000-dən çox pərakəndə satış mərkəzi fəaliyyət göstərir.
Yeni layihənin elanı Dubay zərgərlik sənayesinin növbəti nailiyyəti ilə eyni vaxta təsadüf edib. “Joyalukkas Jewellery” brendinin istehsalı olan ənənəvi hind üslublu “jhumka” sırğaları dünyanın ən ağır və ən böyük qızıl sırğası kimi ikiqat “Ginnesin Dünya Rekordları” siyahısına düşüb.
Rəşid Əl Harmudi əlavə edib ki, ilin əvvəlindən bəri rayonda fəaliyyətə başlayan topdansatış qızıl ticarəti ofislərinin sayında 20%, yeni zərgərlik və dəbdəbəli saat mağazalarının sayında isə 15% artım qeydə alınıb. Gələn il ərzində rayona yeni köçən şirkətlərin sayının daha 20% artacağı gözlənilir. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























