Xəbər lenti
İsraildə kimin hakimiyyətə gələcəyinin bizim üçün heç bir fərqi yoxdur - Baqayi
Manevr.az xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi keçirdiyi brifinqdə bəyan edib.
"Bu şəraitdə, qətl və soyqırımdan başqa heç bir nailiyyəti olmayan bir rejimə kimin rəhbərlik edəcəyinin bizim üçün heç bir fərqi yoxdur".
Baqayi həmçinin İsraildəki seçkiləri müxtəlif qruplaşmalar arasında "kim daha dəhşətli vəhşiliklər törədə bilər" uğrunda gedən bir yarış kimi səciyyələndirib. Diplomatın sözlərinə görə, İsrail siyasətçilərinin əsas şüarı mahiyyət etibarilə belədir: "Mən səndən daha çox cinayət törədə bilərəm".
İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Nəticələr yeni Knesset-in tərkibini müəyyən edəcək, bundan sonra isə ən çox yer qazanan partiyanın liderinə yeni hökuməti formalaşdırmaq tapşırılacaq. Son sorğulara əsasən, Binyamin Netanyahunun “Likud” partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya ilə birləşmiş müxalifət demək olar ki, bərabər mövqedədir. Lakin tərəflərdən heç birinin hökumət koalisiyası qurmaq üçün tələb olunan 61 yerlik çoxluğa (Knesset-dəki cəmi 120 yerdən) nail olacağı gözlənilmir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































