Sizin Reklam Burada
Xəbər lenti
24-10-2026
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın ərazisi Xəzər dənizinin hesabına 3 min kvadrat kilometr artıb

Tarix: 25-10-2026 09:45     Baxış: 343 A- / A+
Rusiyanın ərazisi Xəzər dənizinin hesabına 3 min kvadrat kilometr artıbDağıstanın inzibati ərazisinə daxil olan bir neçə ada Xəzər dənizinin dayazlaşması nəticəsində quru əraziyə çevrilib. Nəticədə respublikanın ərazisi 2–3 min kvadratkilometr artıb.
Manevr.az-ın modern.az-a istinadən xəbərinə görə, geoloq, coğrafiya elmləri namizədi İdris İdrisov müsahibəsində vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi eyni zamanda quru ərazilərin sahəsinin artmasına səbəb olur.
“Yumurta adası (Yaıçnı), Çeçen adası, Piçujonok, Bazar və Pruqunki kimi adalar artıq materiklə birləşib. Onlara avtomobillə getmək mümkündür. Dağıstanın ərazisi artıq 50,3 min deyil, təxminən 52–53 min kvadratkilometr təşkil edir”.
Onun sözlərinə görə, bölgənin təbii vəziyyətini düzgün qiymətləndirmək üçün sahil zonası və bütövlükdə Xəzər dənizi üzrə yeni rəsmi topoqrafik xəritələrin hazırlanması lazımdır.
İdrisov həmçinin ehtimal edir ki, Xəzərdə suyun səviyyəsi bir metrdən də az aşağı düşərsə, təxminən 63 hektar sahəsi olan Nordovı adası da tamamilə materiklə birləşəcək. Ada Kizlyar körfəzində yerləşir və burada dəniz quşlarının böyük koloniyalar şəklində yuvaladığı ərazilər var.
“Dənizin səviyyəsi bundan sonra da aşağı düşəcək. Lakin 2020-ci ildən sonra müşahidə olunan sürətli azalma tempi uzun müddət davam edə bilməz”, — deyə geoloq bildirib.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri fasiləsiz olaraq azalır. Azalma sürəti ildə təxminən 10 santimetr təşkil edir. 2026-cı ilə qədər suyun səviyyəsi mənfi 29,4 metr göstəricisindən də aşağı düşüb. Bu göstərici 1977-ci ildə qeydə alınmış tarixi minimumu da geridə qoyub.
Son 30 ildə Xəzər dənizi öz səthinin təxminən 7,4%-ni, yəni 28 min kvadratkilometrdən çox ərazisini itirib. Suyun səviyyəsinin azalması nəticəsində dənizin Qazaxıstana aid hissəsində də yeni adalar formalaşmağa başlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar