Xəbər lenti
Dünyanın ən uzun yük qatarı rekordu yeniləndi – 696 vaqon
Cənubi Afrika Respublikasında (CAR) dəmir yolu şirkəti “Transnet Freight Rail” (TFR) uzunluğu 7,6 kilometrə çatan yük qatarını hərəkətə gətirərək qeyri-adi sınaq keçirib.Manevr.az-ın lent.az-a istinadən məlumatına görə, şirkət 696 vaqondan ibarət qatarın 25 ildən çox müddətdir yenilənməyən dünya rekordunu qırdığını bildirib.
Sınaq yürüşü oktyabrın 18-də dəmir filizinin daşınması üçün istifadə olunan dəmir yolu xəttində həyata keçirilib.
CR13/14 tipli boş vaqonlardan ibarət nəhəng qatar Saldanya körfəzi ərazisindən Şimali Keyp əyaləti istiqamətində yola düşüb. Qatarın hərəkəti üçün 15E seriyalı elektrik lokomotivlərindən və 43D seriyalı teplovozlardan istifadə olunub.
Bu qədər uzun qatarın idarə edilməsində xüsusi radioəlaqə texnologiyası mühüm rol oynayıb. Texnologiya qatarın müxtəlif hissələrində yerləşən lokomotivlərin işini sinxronlaşdırmağa imkan verib. Bunun sayəsində dartma və əyləc qüvvələri bərabər paylanıb, vaqonlara və birləşdirici qurğulara düşən yük azaldılıb.
Eksperimentə hazırlıq zamanı mühəndislər geniş hesablamalar aparıb, kompüter modelləşdirməsindən istifadə ediblər. Lokomotivlərin yerləşdirilməsi, mümkün texniki yüklənmələr və dəmir yolu infrastrukturunun hazırlığı əvvəlcədən yoxlanılıb.
Hərəkət zamanı mütəxəssislər qatarın davranışını izləyərək texniki məlumatlar toplayıblar.
TFR rəhbərliyi bildirib ki, əldə olunan nəticələr gələcəkdə yükdaşımaların səmərəliliyini artırmağa və həddindən artıq uzun qatarların idarə edilməsini təkmilləşdirməyə kömək edəcək.
Qeyd edək ki, əvvəlki rekord 2001-ci ilin iyununda Avstraliyada qeydə alınıb. Həmin vaxt “BHP Iron Ore” şirkəti 682 vaqon və səkkiz lokomotivdən ibarət, uzunluğu 7,353 kilometr olan qatarı hərəkətə gətirib. Qatarın ümumi çəkisi təxminən 100 min ton olub.
Cənubi Afrikada sınaqdan keçirilən yeni qatar əvvəlki rekordçudan təxminən 247 metr uzun olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























