Sizin Reklam Burada
Xəbər lenti
21-10-2026
20-10-2026
BÜTÜN XƏBƏRLƏR

Moskvada 283 ton nağd pulun izi tapıldı – 14 milyard dollarlıq gizli maliyyə şəbəkəsi

Tarix: 22-10-2026 08:59     Baxış: 378 A- / A+
Rusiyada beynəlxalq sanksiyalardan yayınmaq üçün yaradılmış nəhəng maliyyə şəbəkəsinin fəaliyyəti üzə çıxarılıb. Araşdırma nəticəsində məlum olub ki, Kremlə bağlı ödəniş sistemi cəmi doqquz ay ərzində Moskva bazarlarından yüzlərlə ton nağd pul toplayaraq xarici banklar vasitəsilə milyardlarla dollarlıq əməliyyatlar həyata keçirib.

Xarici agentliklər xəbər verir ki, bu barədə Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) və Rusiyanın “Proyekt” nəşrinin birgə araşdırma dərc edib.

Söhbət Rusiya dövlətinə məxsus Promsvyazbankın (PSB) iştirakı ilə yaradılmış A7 ödəniş sistemindən gedir.

Araşdırmaya əsasən, A7 2024-cü ilin noyabrından 2025-ci ilin iyuluna qədər ən azı 283 ton nağd rubl qəbul edib və emal edib. Bu vəsaitin ümumi dəyəri 14 milyard dolları ötüb.
Jurnalistlərin əldə etdikləri daxili sənədlər göstərir ki, sistem fəaliyyətə başladığı ilk altı həftədə təxminən 126 milyard rubl nağd vəsait qəbul edib. 2025-ci ilin aprelində aylıq dövriyyə 195 milyard rubla, iyunda isə 250 milyard rubla çatıb. Ən intensiv dövrdə şirkət ayda azı 58 ton nağd pul emal edib.

Pulların əhəmiyyətli hissəsi Moskvanın iri topdansatış bazarlarından, xüsusilə məşhur “Sadovod” ticarət kompleksindən daxil olub. Burada fəaliyyət göstərən vasitəçilər xaricdən mal gətirən tacirlərə beynəlxalq ödənişlər həyata keçirməkdə kömək ediblər.

Araşdırmada bildirilir ki, təkcə “Sadovod” bazarında A7 ilə əlaqəli ən azı səkkiz vasitəçi qrup fəaliyyət göstərib. Müştərilər nağd rublları və ödəniş tapşırıqlarını həmin qruplara təqdim ediblər. Pullar sayıldıqdan sonra nömrələnmiş çantalara yığılaraq Moskvanın başqa rayonundakı A7 kassa mərkəzinə göndərilib.

Burada təxminən 50 kassir vəsaitləri yenidən yoxlayıb, məbləğləri və ödəniş məlumatlarını xüsusi sistemə daxil edib. Daha sonra pullar Promsvyazbanka çatdırılıb və A7-nin hesablarına köçürülüb.

Bundan sonra şirkət Rusiyadan kənarda qeydiyyatdan keçmiş vasitəçi firmalara xarici təchizatçılara, əsasən Çin şirkətlərinə ödəniş göndərilməsi barədə göstəriş verib. Nəticədə beynəlxalq bank köçürmələrində vəsaitin ilkin olaraq Moskvada nağd şəkildə toplandığı görünməyib.

Jurnalistlər 2024-cü ilin sonuna aid ödəniş reyestrində “Sadovod”un altı vasitəçi qrupu ilə bağlı təxminən 2300 müraciət aşkar ediblər. Ödənişlərin böyük hissəsinin Qırğızıstanın dövlət ticarət şirkəti vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Vəsaitlərin son alıcıları Çin və Honkonqda qeydiyyatdan keçmiş şirkətlər olub. Əməliyyatlarda ICBC, Bank of China, Agricultural Bank of China və China Construction Bank kimi iri bankların hesablarından istifadə edilib. Təkcə ICBC-yə ümumi məbləği təxminən 11 milyon dollar olan ən azı 72 ödəniş tapşırığı göndərilib.

Araşdırmaçılar əməliyyatlardan birinin izini Britaniyanın “Standard Chartered” bankına qədər izləyə biliblər. 2024-cü ilin noyabrında Honkonqda qeydiyyatdan keçmiş vasitəçi şirkət həmin bankın Honkonq bölməsindəki hesablar arasında “Yiton Trading” şirkətinə 287 min dollar köçürüb. Əməliyyatın unikal nömrəsi bu vəsaitin A7 sistemində “Sadovod” müştərisi ilə əlaqəli olduğunu müəyyənləşdirməyə imkan verib.

Jurnalistlər nağd pulların ilkin mənbəyinin və onların həqiqi sahiblərinin necə yoxlanıldığını müəyyən edə bilməyiblər. Araşdırılan sənədlərdə son müştərilərin adları əvəzinə vasitəçi qrupların nömrələri göstərilib. A7 isə bütün müştərilərini yoxladığını iddia edir.

Maliyyə cinayətləri üzrə ekspert Georgi Voloşinin qiymətləndirməsinə görə, belə mexanizm yalnız beynəlxalq sanksiyalardan yayınmağa deyil, həm də potensial olaraq cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına şərait yaradır. Xarici banklar köçürməni həyata keçirən vasitəçi şirkəti görsələr də, Rusiyada nağd pulu ilkin olaraq kimin təqdim etdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər.
A7 və “Sadovod” nümayəndələri ICIJ-nin sorğularını cavablandırmayıblar.

Qeyd edək ki, A7 sistemi 2024-cü ildə Moldovadan qaçmış siyasətçi İlan Şorun strukturları və Rusiyanın dövlət Promsvyazbankı tərəfindən yaradılıb. Onun əsas fəaliyyət istiqamətlərindən biri Qərbin sanksiya məhdudiyyətləri şəraitində beynəlxalq ödənişlərin həyata keçirilməsidir.

Araşdırma Rusiyanın beynəlxalq maliyyə məhdudiyyətlərini aşmaq üçün nağd pul, xarici vasitəçi şirkətlər və müxtəlif ölkələrin bank sistemlərini birləşdirən genişmiqyaslı mexanizmdən istifadə etdiyini göstərir. Bununla belə, bu əməliyyatlarda iştirak edən bütün vəsaitlərin cinayət mənşəli olduğu müəyyən edilməyib. musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar