Sizin Reklam Burada
Xəbər lenti
20-10-2026
19-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ər-Riyad üzərində husilərin ballistik raketi məhv edilib

Tarix: 20-10-2026 14:05     Baxış: 363 A- / A+
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının qüvvələri, Yəməndəki husi üsyançı hərəkatı "Ənsar Allah" tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raketi ələ keçirərək məhv edib. 
Manevr.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
"Husi terrorçuları tərəfindən Ər-Riyada doğru buraxılan ballistik raketin ələ keçirilməsi və məhv edilməsi",- deyə o, "X" sosial şəbəkəsində yazıb

Hadisəyə cavab olaraq, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi fövqəladə hallar üçün nəzərdə tutulmuş Milli Erkən Xəbərdarlıq Platformasını işə salaraq, Ər-Riyad sakinlərini potensial təhlükə barədə xəbərdar edib. Daha sonra qurum "X" sosial şəbəkəsində xəbərdarlığın ləğv olunduğunu açıqlayıb. Bəyanatda "Ər-Riyad şəhəri üçün təhlükə aradan qalxdı" ifadəsi yer alıb. Səlahiyyətli orqanlar, həmçinin əhalini təhlükəsizlik qaydalarına davamlı riayət etməyə, insanların sıx toplaşdığı yerlərdən qəti şəkildə uzaq durmağa və video çəkiliş aparmamağa çağırıb.
2014-cü ilin avqust ayından etibarən Yəməndə ərəb koalisiyası tərəfindən dəstəklənən hökumət qüvvələri ilə husi üsyançıları arasında silahlı münaqişə davam edir. Oktyabrın 19-da hərəkatın hərbi sözçüsü Yəhya Sarea Səudiyyə Ərəbistanı ərazisinə bir sıra zərbələrin endirildiyini bəyan edib. Zərbələr nəticəsində Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı, "Saudi Aramco" neft-qaz şirkətinə məxsus obyektlər və müxtəlif hərbi bazalar hədəf alınıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar