Xəbər lenti
Siyasi biabırçılıq – Deputat bir səhv işarə ilə mandatını itirdi
Almaniyada 66 yaşlı siyasətçinin yol verdiyi adi sənəd səhvi onun deputat mandatını itirməsi ilə nəticələnib.
Hadisə Almaniyanın Aşağı Saksoniya əyalətinin Kloppenburq şəhərində baş verib.
Sağ populist Almaniya üçün Alternativ (AfD) partiyasının nümayəndəsi Andreas Blüm şəhər şurasında deputat mandatı almalı idi. Lakin o, müvafiq sənədləri doldurarkən səhvən mandatdan imtina edilməsini nəzərdə tutan xananı işarələyib.
Siyasətçi sənədi imzalayaraq seçki komissiyasına göndərib. Bir müddət sonra səhvini başa düşsə də, artıq gec olub.
Şəhər hakimiyyəti onun imzaladığı imtina ərizəsini geri götürməyin mümkün olmadığını təsdiqləyib.
Baş verənlərdən ciddi sarsıntı keçirdiyini bildirən 66 yaşlı siyasətçi məyusluğunu gizlətməyib.
“Mən şəhər şurasına düşməyi çox istəyirdim. Səhv etdiyimi öyrənəndə özümü həqiqətən çox pis hiss etdim”, – Andreas Blüm etiraf edib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























