Xəbər lenti
Macarıstanın Baş naziri Orbanı ömürlük həbslə hədələdi
Macarıstan hökumətinin başçısı Peter Madyar keçmiş baş nazir Viktor Orbani dövlət çevrilişinə hazırlaşmaqda ittiham edib və buna görə onun barəsində cinayət təqibinə başlanacağı ilə hədələyib.Hazırki dövlət başçısı bu barədə "Facebook" səhifəsində paylaşım edib.
Baş nazirin sözlərinə görə, Orbanın silahlı üsyan və konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı bəyanatı dövlətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Madyar xatırladıb ki, Macarıstanın Cinayət Məcəlləsinə əsasən, bu cür əməllərə görə ömürlük həbs cəzasına qədər sanksiyalar nəzərdə tutulur.
Bundan əvvəl Viktor Orban barəsində cinayət işinin açıla biləcəyi bildirilmişdi. Buna səbəb mart ayında valyuta və qızılı Ukraynaya daşıyan “Oşadbank”ın inkassatorlarının saxlanılmasının planlaşdırılmasında onun mümkün iştirakçılığı ola bilər.
Məlumatda qeyd olunub ki, martın 6-da Macarıstanın Milli Vergi və Gömrük İdarəsi çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi Ukrayna vətəndaşını saxlayıb. Onların arasında Ukrayna xüsusi xidmət orqanlarının keçmiş generalı da olub. O, Avstriyadan 40 milyon dollar, 35 milyon avro və doqquz kiloqram qızılın daşınmasına cavabdeh olub. Həmin gün saxlanılan şəxslər Ukraynaya deportasiya ediliblər. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

_(2).png)

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























