Xəbər lenti
Fransada etirazlar- Mağazalar qarət edilir - FOTO
.webp)
Fransanın paytaxtı Parisdə və digər şəhərlərdə artan inflyasiyaya qarşı keçirilən ümummilli yürüşlər zamanı polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib, çoxlu sayıda mağaza qarət olunub.
Manevr.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkə miqyasında keçirilən nümayişlərə 500 minə yaxın insan qatılıb. Yürüşlər zamanı mülki şəxslər və maskalı gənclər prezident Emmanuel Makronun və hökumətin siyasətinə qarşı etirazlarını bildiriblər.
Akisiyaların böyük hissəsi dinc şəraitdə keçsə də, Paris, Marsel, Lion və Lill şəhərlərində maskalı şəxslər tərəfindən kütləvi vandallıq aktları törədilib.
İğtişaşlar zamanı "Louis Vuitton", "Hugo Boss", "Hermès", "Apple" və "Galeries Lafayette" kimi dünyaca məşhur brendlərin mağazaları, eləcə də dövlət binaları və nəqliyyat vasitələri hücuma məruz qalıb, qarət edilib və yandırılıb.
Həmçinin Marsel, Lill, Nitsa və Parisdə onlarla mağaza, o cümlədən "Hermes" butiki və "Apple" rəsmi mağazası soyğunçuluğa məruz qalıb.
Qeyd edək ki, aksiyalar ölkədə altı aydan sonra keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyi daha da artırıb.teleqraf
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.png)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























