Xəbər lenti
Tramp Rusiyaya qarşı yeni sanksiyalardan imtina edib

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun çərçivəsində müəyyən məhdudiyyətlərin tətbiq edilməməsi barədə fərman imzalayıb.
Manevr.az xəbər verir ki, bu barədə TASS Ağ Evin rəsmi saytında dərc olunan sənədə istinadən məlumat yayıb.
Fərmana əsasən, Tramp sözügedən qanunda nəzərdə tutulan bəzi sanksiyaları, məhdudiyyətləri və gömrük rüsumlarını tətbiq etməyəcək.
“Mən Qrem qanununda nəzərdə tutulan sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqini ləğv edirəm. Konqresə bunun hazırda ABŞ-nin maraqlarına uyğun olduğunu təsdiqləyən bildiriş göndərmişəm”, – sənəddə bildirilir.
Qeyd edək ki, söhbət Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan və senator Lindsi Qremin təşəbbüsü ilə hazırlanmış qanundan gedir.
Fərman həmin qanunda nəzərdə tutulan müəyyən sanksiya tədbirlərinin tətbiq edilməməsini nəzərdə tutur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























