"Trudi" qasırğası sürətlə güclənərək saatda 195 kilometrə çatıb.
Proqnozlara görə, qasırğa həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşaraq təhlükə yaradacaq. Meksika rəsmiləri və ABŞ-ın Milli Qasırğaları İzləmə Mərkəzi siklonla bağlı xəbərdarlıq ediblər. Qasırğanın oktyabrın 17-si axşam saatlarında Xalisko və Kolima ştatlarının sahilləri yaxınlığından keçəcəyi və daha da güclənəcəyi gözlənilir. Meksikanın Mülki Müdafiə Agentliyi sakinləri qapı və pəncərələri möhkəmləndirməyə, güclü küləyin apara biləcəyi əşyaları təhlükəsiz yerə yığmağa çağırıb. publika.az Manevr.az