Sizin Reklam Burada
Xəbər lenti
16-10-2026
15-10-2026
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib

Tarix: 16-10-2026 22:52     Baxış: 355 A- / A+

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevə hələlik baş çəkməyib".

Bu barədə "Sputnik Ermənistan"a BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya və ictimaiyyətlə əlaqələr proqramlarının rəhbəri Zara Amatuni bildirib.

"Bizim bu məsələ ilə məşğul olmaq üçün mandatımız var. Hazırda görüş baş tutmayıb. Bu məsələ ilə bağlı Ermənistan hökuməti ilə dialoq aparırıq", - deyə Amatuni qeyd edib.

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar