Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

Tarix: 15-10-2026 21:38     Baxış: 340 A- / A+
Paşinyan Azərbaycandan bu ərazini istədi –  Əvəzində təklif edir ki…

“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, – deyə Paşinyan bildirib.

Politoloq Zeynal Əmrəliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qarşısındakı başlıca məsələlərin bəlli olduğunu deyib:

“Azərbaycan tərəfi konkret tələblərini irəli sürüb və bunlar beynəlxalq hüququn tələblərinə uyğundur. Bakı nə bu gün, nə də bundan sonra qeyri-qanuni tələb irəli sürər. Bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır. Paşinyanın qeyd etdiyi Qərbi Azərbaycan məsələsi isə başqa məsələdir.

Qərbi Azərbaycan məsələsi ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpasına hesablanmış siyasi xəttdir. Yəni Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürülməyib.

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir və uğurlu işlər görür. Hesab edirəm ki, hər iki tərəf görülən işlərdən razıdır. Proses qanuni şəkildə davam etdirilir. Yekun sərhədlərlə bağlı qərar qəbul edildikdən sonra sülh sazişi imzalanacaq.

Anklav və eksklav məsələsinə gəlincə, bu barədə konkret razılıq yoxdur. Paşinyan öz fikrini bildirir. Amma Azərbaycanın mövqeyi daha həlledici olacaq. Ərazi mübadiləsi beynəlxalq praktikada mövcuddur, lakin tərəflər arasında bu məsələ ilə bağlı hələlik razılıq yoxdur”. globalinfo.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar