Xəbər lenti
Tramp: Onları güllələmək lazımdır
ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hərbi əməliyyatın təxirə salınmasına səbəb kimi məxfi məlumatların mediaya ötürülməsini göstərib.Manevr.az xəbər verir ki, Tramp bu barədə Arizona ştatında keçirilən seçki mitinqində çıxışı zamanı danışıb.
Prezidentin sözlərinə görə, hücumda iştirak etməli olan B-2 bombardmançı təyyarələrinin hərəkəti ilə bağlı məlumatlar CNN və "The New York Times" nəşrlərinə sızdırılıb. O iddia edib ki, bundan sonra İran tərəfi planlaşdırılan əməliyyatdan xəbər tutub.
Tramp məxfi hərbi məlumatları ictimailəşdirən şəxslərin sərt şəkildə cəzalandırılmalı olduğunu bildirib.
"Bu insanlar həbsə göndərilməli və ömürlük həbs cəzası almalıdırlar. Mənim fikrimcə, onları güllələmək lazımdır", - deyə ABŞ Prezidenti vurğulayıb.
Trampın açıqlamasına əsasən, B-2 bombardmançılarının hücum günü Missuri ştatından saat 12:07-də havaya qalxması nəzərdə tutulub. Lakin əməliyyat həmin gün təxirə salınıb və iki gün sonra həyata keçirilib.
ABŞ Prezidenti hərbi əməliyyatlarla bağlı məxfi məlumatların mediaya ötürülməsinin ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaratdığını qeyd edib.milli.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























