Xəbər lenti
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400–4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur.
Manevr.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Gəminin taxta konstruksiyası qorunub saxlanılmasa da, arxeoloqlar Kekova adası yaxınlığında tapılan saxlama qablarını və daş lövbərləri eramızdan əvvəl 2600–2400-cü illərə aid ediblər. Bu tapıntılar gəminin dünyanın məlum olan ən qədim batmış gəmisi hesab edilməsinə əsas verib.
Batmış gəmi Antalyadakı Akdeniz Universitetinin sualtı arxeoloqu Hakan Önizin rəhbərlik etdiyi tədqiqatlar zamanı aşkar edilib.
“Akdeniz Universiteti Antalya vilayətinin Demrə rayonunda yerləşən Kekova bölgəsində araşdırmalar aparıb. Bu zaman erkən Tunc dövrünə aid amforaları olan batmış gəmi qeydə alınıb”, deyə arxeoloqlar tapıntıya həsr olunmuş və “Journal of Maritime Archaeology” jurnalında dərc edilmiş tədqiqatda bildiriblər.
İki qulplu iri keramika qabları olan bu amforalardan bəziləri Levant bölgəsində erkən Tunc dövrünə aid keramika nümunələrinə bənzəyir. Levant müasir Livan, Suriya, İsrail və Fələstin ərazilərini əhatə edir.
Keramika qabları təxminən 30 metr dərinlikdə tapılıb. Onlar bir hissəsi qumla, digər hissəsi isə daşlarla örtülmüş dəniz dibinə səpələnmiş vəziyyətdə olub.
Qablardan biri Tunc dövründə kənd təsərrüfatı məhsullarının, xüsusilə şərab və zeytun yağının daşınması üçün istifadə edilən qablara bənzəyib.
“Bu amforanın yuxarı hissəsində iti alətlə çəkilmiş iki paralel xətt, orta hissəsində isə ziqzaq naxışı var”, deyə arxeoloqlar yazıblar.
Tədqiqatçılar batmış gəminin yaxınlığında üç dəlikli iki daş lövbər və bir dəlikli daha bir lövbər də aşkar ediblər. Onlar Tunc dövrünə aid digər arxeoloji abidələrdə tapılan lövbərlərə bənzəyir.
“Gəminin batdığı ərazidə tapılan üç dəlikli daş lövbərlər Minoy, Kipr, Anadolu və Levantın Tunc dövrünə aid arxeoloji kontekstlərində rast gəlinən nümunələri xatırladır. Bir dəlikli daş lövbər isə Anadolu və Levant sahillərində Tunc dövrünə aid ərazilərdə aşkar edilən lövbərlərə bənzəyir”, deyə tədqiqatçılar qeyd ediblər.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























