Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

Anasını "xəstə" çıxardı, orqanlarını satışa qoydu – 2 milyon dollarlıq böyük dələduzluq

Tarix: 11-10-2026 21:53     Baxış: 339 A- / A+
Üstoniyalı basketbolçu Kerr Kriyzanın ABŞ-də həyata keçirdiyi irimiqyaslı internet dələduzluğunun təfərrüatları üzə çıxıb.

İdmançı anasının ağır xəstə olduğunu bəhanə edərək tanışlarından 2 milyon dollardan çox pul almaqda ittiham olunur.

Kerr Kriiza ABŞ prokurorluğu ilə razılaşma əldə edərək ona qarşı irəli sürülən ittihamlar üzrə günahını qismən etiraf edib.

Razılaşmaya əsasən, basketbolçu həbs cəzasının maksimum iki illə məhdudlaşdırılmasına nail olmağa çalışır.

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) bu ilin yayında üzə çıxardığı məlumata görə, Kriiza Arizona Universitetinin basketbol komandasında çıxış etdiyi dövrdə illərlə tanışlarını aldadaraq onlardan külli miqdarda pul alıb.

İstintaq materiallarına əsasən, idmançı insanlarda mərhəmət hissi yaratmaq üçün müxtəlif yalan hekayələr uydurub. O, bəzən özünü “İren” adı ilə təqdim edib, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib və təcili müalicə üçün pula ehtiyacı olduğunu iddia edib.

Dələduzluq sxeminin ən diqqətçəkən məqamlarından biri isə basketbolçunun borclarını qaytarmaq üçün hətta öz orqanlarını satacağı ilə hədələməsi olub.

Məlumata görə, bu üsullarla əldə edilən vəsaitin ümumi məbləği 2 milyon dolları ötüb.

Hazırda basketbolçunun prokurorluqla əldə etdiyi razılaşmanın məhkəmə tərəfindən necə qiymətləndiriləcəyi və ona hansı cəzanın veriləcəyi gözlənilir. konkret.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar