Manevr.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi "Ipsos" sosioloji şirkəti və CESI mühəndislik məktəbinin birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğu oktyabrın 7-dən 8-dək yaşı 18-dən yuxarı olan 1 000 Fransa vətəndaşı arasında keçirilib.
Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 15%-i Makronun prezident kimi fəaliyyətini bəyənir. Respondentlərin 82%-i isə dövlət başçısının yürütdüyü siyasətdən narazı olduğunu bildirib.
Sentyabr ayında Makronun populyarlıq reytinqi 16% təşkil edib. Bu göstərici "Ipsos"un keçirdiyi sorğular tarixində onun indiyədək qeydə alınmış ən aşağı reytinqi olub.
Araşdırma çərçivəsində Fransa vətəndaşlarının 2027-ci ildə keçiriləcək prezident seçkisinin potensial namizədlərinə münasibəti də öyrənilib.
Sorğuda "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella barədə respondentlərin 33%-i müsbət fikir bildirib. Həmin partiyanın parlamentin aşağı palatasındakı fraksiya rəhbəri Marin Le Pen 32%, Fransanın keçmiş baş naziri Eduar Filipp isə 20% müsbət rəy toplayıb.
Xəbər lenti
Makronun reytinqi tarixi antirekordu yenilədi

Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi 15%-ə enərək tarixi minimuma düşüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Təqvim
| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































