Xəbər lenti
Əfsanələrdə adı çəkilən, batan şəhərin izləri tapıldı - VİDEO
Hindistan sahilləri yaxınlığında dörd gil quyu, yüzlərlə saxsı qab qırığı və Qərbi Asiyadan gətirilmiş küp fraqmenti aşkarlanıb. Arxeoloqlar hesab edirlər ki, əfsanəvi qədim Pumfuhar şəhəri izsiz yoxa çıxmayıb. Ehtimallara görə, şəhər dənizin suları altında qalıb.Manevr.az xəbər verir ki, “National Geographic” nəşrinin yazdığına görə, qədim rəvayətlərdə adı çəkilən bəzi yerlərin müasir xəritədə həqiqi izlərini tapmaq olduqca çətindir.
Belə yerlərdən biri də qədim dövrlərdə Hindistanın şərq sahillərində yerləşən ən mühüm liman şəhərlərindən biri olmuş Pumfuhardır.
Hindistanın Tamilnad ştatında aparılan son arxeoloji ekspedisiya şəhərin dəniz dalğaları altında qalmazdan əvvəl nə qədər geniş əraziyə yayıldığı sualına cavab tapmağa bir addım da yaxınlaşdırıb.
Arxeoloqlar müasir sahil xəttindən 1,8–2,2 kilometr məsafədə, 10–12 metr dərinlikdə qazıntılar apararaq bir sıra unikal əşyalar aşkar ediblər.
Sualtı arxeoloji tapıntılar qədim Pumfuhar limanının digər ölkələrdən olan tacirlərlə davamlı ticarət əlaqələri saxladığına dair birbaşa sübutlar təqdim edir.
Su altında qalmış quyuların və keçmiş körpünün konturlarının aşkarlanması bu ərazinin vaxtilə çiçəklənən və insanların yaşadığı bir məkan olduğunu açıq şəkildə göstərir. Alimlər şəhərin bu hissəsinin dəniz səviyyəsinin yüksəlməsi və güclü tektonik proseslər nəticəsində su altında qaldığını ehtimal edirlər.
Hindistanın şərq sahillərində aşkar edilmiş artefaktlar qədim ədəbi mənbələrdəki məlumatların doğruluğunu təsdiqləyir. Əsrlər boyu bu zəngin və əfsanəvi liman haqqında məlumatlar eramızdan əvvəl VI əsrlə eramızın III əsri arasında yazılmış qədim tamil poemalarına əsaslanıb.
Həmin əsərlərdə şəhər Çola sülaləsinin hakimiyyəti dövründə dünyanın ən uzaq guşələrindən gəmilərin gəldiyi, daim hərəkətli və inkişaf etmiş böyük bir şəhər kimi təsvir olunub.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























