Sizin Reklam Burada
Xəbər lenti
10-10-2026
09-10-2026
BÜTÜN XƏBƏRLƏR

Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI

Tarix: 10-10-2026 23:19     Baxış: 331 A- / A+
Türkiyənin Ordu vilayətində iki gün əvvəl torpaq sahəsində yol vermək üstündə yaranan mübahisə zamanı bıçaqlanaraq öldürülən 40 yaşlı Orhan Artçanın anası, 62 yaşlı Nezaket Artça da silahla vurularaq qətlə yetirilib.

Hadisə Korgan rayonunun Yenipınar məhəlləsində səhər saatlarında qeydə alınıb.

Bildirilir ki, Nezaket Artça iki gün əvvəl oğlunu bıçaqlayan şəxsin ailəsinin yaşadığı evə gedib. O, burada qohumu olan 72 yaşlı Emine A.-ya evin yaxınlığındakı tövlənin qarşısında kürəklə başından zərbə endirib.

Hadisəni görən 52 yaşlı Hacer E. anasını yaralayan Nezaket Artçaya tapança ilə atəş açıb. Nəticədə qadın hadisə yerində həyatını itirib.

Başından xəsarət alan Emine A. ilkin tibbi yardımdan sonra Korgan Dövlət Xəstəxanasına, oradan isə Fatsa Dövlət Xəstəxanasına aparılıb.
Qətli törətməkdə şübhəli bilinən Hacer E. hadisədə istifadə olunan tapança ilə birlikdə polis tərəfindən saxlanılıb.

Mübahisə iki gün əvvəl başlayıb

Məlumata görə, oktyabrın 6-da Korgan rayonunda torpaq sahəsində yol vermək üstündə mübahisə yaranıb.

Mübahisə zamanı 40 yaşlı Orhan Artça qohumu, 26 yaşlı İbrahim E. tərəfindən bıçaqlanıb. Ağır yaralanan kişi Korgan Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra saxlanılan İbrahim E. məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Ana və oğul iki ayrı qətldə şübhəli bilinir

Araşdırma zamanı məlum olub ki, Orhan Artçanı öldürməkdə şübhəli bilinən İbrahim E. Nezaket Artçanı güllələyən Hacer E.-nin oğlu, yaralanan Emine A.-nın isə nəvəsidir.

Beləliklə, qohum ailələr arasında yaranan münaqişə iki gün ərzində iki nəfərin ölümü ilə nəticələnib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar