Xəbər lenti
İran Prezidenti "MDB+1" formatının yaradılmasını təklif etdi
Manevr.az-ın "Fars" informasiya agentliyinə istinadən məlumatına görə, o bildirib ki, dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm qismində "Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr + İran" formatı – və ya "MDB+1" – yaradılmalıdır.
Pezeşkian əlavə edib ki, regional diplomatiya böhranların idarə edilməsi, əlaqələrin saxlanılması, münaqişələrin yayılmasının qarşısının alınması və praktiki əməkdaşlığın gücləndirilməsi üçün bir vasitə rolunu oynamalıdır.
Onun sözlərinə görə, İran parçalanma əvəzinə əlaqəliliyə, dağıdıcı rəqabət əvəzinə əməkdaşlığa, birtərəfli asılılıq əvəzinə qarşılıqlı asılılığa və təhdidlərə əsaslanan təhlükəsizlik əvəzinə etimad və ortaq maraqlara əsaslanan təhlükəsizliyə can atır.
O qeyd edib ki, İran Mərkəzi Asiyanı açıq dənizə bağlayan bir qapı rolunu oynayır. Belə ki, ölkənin Fars körfəzi və Oman körfəzindəki limanları Cənubi Asiya, Afrika və Avropaya çıxış imkanı yaradır. Pezeşkian vurğuladı ki, Şimal-Cənub və Qərb-Şərq dəhlizləri rəqib deyil, əksinə, vahid regional şəbəkənin elementləridir.
Sonda prezident ümidvar olduğunu bildirib ki, bu sammit Mərkəzi Asiya, Cənubi Qafqaz və İranın sadəcə ayrı-ayrı ərazilər toplusu kimi deyil, vahid əməkdaşlıq şəbəkəsinin hissəsi kimi çıxış etdiyi bir regionun formalaşdırılması istiqamətində praktik addım olacaq.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























