Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
08-10-2026
BÜTÜN XƏBƏRLƏR

Nobel Sülh mükafatının laureatı açıqlandı

Tarix: 09-10-2026 13:30     Baxış: 326 A- / A+

Nobel Sülh mükafatının laureatı açıqlandıNobel Sülh mükafatının laureatı məlum olub.

“Nobelprize.org” xəbər verir ki, Norveç Nobel Komitəsi 2026-cı il Nobel Sülh mükafatının Navanethem (Navi) Pillaya verilməsi barədə qərar qəbul edib.

O, bu mükafata sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.

Navanethem (Navi) Pillay 23 sentyabr 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində hind əsilli ailədə anadan olub. O, beynəlxalq hüquq və insan hüquqları sahəsində tanınmış hüquqşünas və keçmiş hakimdir. Natal Universitetində hüquq təhsili alıb, daha sonra Harvard Universitetində magistr və doktorluq dərəcələri qazanıb. Aparteid rejimi dövründə irqi ayrı-seçkiliyə qarşı mübarizə aparıb və siyasi məhbusların hüquqlarını müdafiə edib. 1995-ci ildə Nelson Mandela tərəfindən Cənubi Afrikanın Ali Məhkəməsinə hakim təyin edilib. 1999–2003-cü illərdə Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalına sədrlik edib, 2003–2008-ci illərdə isə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi olub. 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsini icra edib. O, həmçinin BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə müstəqil beynəlxalq araşdırma komissiyasına rəhbərlik edib və fəaliyyətində beynəlxalq hüququn qorunmasına, insan hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirib.

Qeyd edək ki, Nobel Sülh Mükafatının qalibi Norveçin Oslо şəhərində yerləşən Norveç Nobel İnstitutunda elan edilib.

Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib. O, bu mükafata Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüb.qaynarinfo


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar