Xəbər lenti
Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını uzaqgörənlikdən uzaq adlandırıb

"Moldova rəhbərliyinin MDB-dən çıxmaq qərarı uzaqgörənlikdən uzaqdır".
Manevr.az xəbər verir ki, bunu, Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edərkən deyib.
"Əlbəttə ki, bu, sıravi Moldova vətəndaşlarının seçimi deyil, rəhbərliyin qəbul etdiyi qərardır. Mənim fikrimcə, bu, uzaqgörənlikdən uzaq bir addımdır. Üstəlik, rəhbərliyin özü də bunu anlayır və azad ticarət zonası haqqında sazişdə iştirakı qoruyub saxlamağa çalışır", - deyə Lukaşenko vurğulayıb.
Bununla əlaqədar olaraq, o, Moldova rəhbərliyini, heç olmasa ilkin mərhələdə, sıravi vətəndaşların qarşılıqlı əlaqə kanallarını saxlamaq imkanını qorumağa çağırıb.
"Sadə dillə desək, niyə artıq əlimizdə olanı itirək?" – deyə o qeyd edib
"Tarix həmişə təkrarlanır. Bizim Gürcüstanın MDB-dən çıxması ilə bağlı artıq təcrübəmiz var. Lakin bu gün vəziyyətin dəyişdiyini görürük. Aydındır ki, Birlik mexanizmlərinin müəyyən edilmiş qaydalarına uyğun hərəkət etdikdə normal münasibətlərə qayıtmaq daha asandır. Üstəlik, əməkdaşlığın dərinləşdirilməsi üçün daha əhəmiyyətli formatları işə salmaq, Birliyimizin təmin etdiyi təməl mövcud olduqda daha sadədir", – deyə Belarus lideri əminliklə bildirib.
Moldova daha əvvəl MDB-nin təsis sənədlərindən çıxıb və digər sazişləri ləğv etməyə başlayıb. Respublikanın Birlikdən çıxması rəsmən 2027-ci ilin aprelində qüvvəyə minəcək. Bununla yanaşı, Moldova 17 saziş üzrə tərəf kimi qalmaq istədiyini ifadə edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























