Xəbər lenti
641 yaşlı şirkətin 5 milyonluq şərabı oğurlandı
İtaliyada oğrular məşhur şərab istehsalçısının anbarından təxminən 5 milyon avro dəyərində 30 min şüşə bahalı şərab oğurlayıblar.Manevr.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Hadisə Toskanada yerləşən “Marchesi Antinori” şərab istehsalı şirkətinin anbarında baş verib.
Məlumata görə, bazar gününə keçən gecə maskalı yeddi nəfər Kortona şəhərindəki anbara daxil olub. Onlar əvvəlcə siqnalizasiya sistemini sıradan çıxarıb, daha sonra minlərlə qutu şərabı iki yük avtomobilinə yükləyərək ərazidən uzaqlaşıblar.
Oğurlanan məhsullar arasında “Tignanello”, “Solaia” və “Guado al Tasso” kimi məşhur şərablar da var. Bu şərabların bir şüşəsinin pərakəndə satış qiyməti 150-500 avro arasında dəyişir.
Oğurluq hadisəsi bazar ertəsi səhər saatlarında işçilər anbara gəldikdə aşkarlanıb.
Təhlükəsizlik kameraları hadisəni qeydə alıb. Polis araşdırmalara başlasa da, şübhəli şəxslər hələlik saxlanılmayıb.
Şirkətin baş direktoru Renzo Kotarella şərab həvəskarlarını oğurlanan məhsulların tapılmasına kömək etməyə çağırıb.
Şirkət həmçinin alıcılara xəbərdarlıq edərək şübhəli satıcılardan və həddindən artıq ucuz qiymətə təklif olunan şərablardan uzaq durmağı tövsiyə edib.
Qeyd edək ki, “Marchesi Antinori” şirkəti 1385-ci ildə Florensiyada yaradılıb. Hazırda məhsullarını dünyanın 170 ölkəsinə ixrac edən şirkətin ötənilki gəliri təxminən 263 milyon avro təşkil edib.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























