Xəbər lenti
Rusiya və Belarus NATO-nun Ukrayna ilə bağlı addımlarından narahatdırlar
Rusiya və Belarus Şimali Atlantika Alyansının Ukrayna böhranı ilə bağlı, nüvə qarşıdurması riski daşıyan hərəkətlərindən narahatdırlar. Manevr.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş İttifaq Dövlətinin yaradılması haqqında Müqaviləyə üzv dövlətlərin birgə bəyanatında qeyd olunub.
"Biz NATO-nun və onun üzv dövlətlərinin Rusiya və Belarusun təhlükəsizliyi və maraqları üçün çağırışlar və təhdidlər yaratmağa yönəlmiş fəaliyyətləri ilə bağlı xüsusi narahatlıq ifadə edirik"- sənəddə deyilir.
Xüsusilə, Moskva və Minsk NATO ölkələrinin ən çox sabitliyi pozan — yəni ciddi strateji risklər doğuran — hərəkətləri sırasında "ilk növbədə, Ukrayna böhranı kontekstində nüvə dövlətləri arasında birbaşa silahlı münaqişəyə səbəb ola biləcək düşmənçilik xarakterli addımların davam etdirilməsini, həmçinin ABŞ və digər Qərb ölkələrinin yerüstü əsaslı orta və yaxın mənzilli raketlərinin Avropada yerləşdirilməsi ilə bağlı plan və praktiki tədbirləri" qeyd ediblər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























