Xəbər lenti
Yer kürəsini maqnit qasırğaları bürüyəcək
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib.
Onun sözlərinə görə, cari həftə Günəş aktivliyinin artması ilə başlayıb.
“Günəşdə intensivliyinə görə mümkün səviyyələr arasında sondan əvvəlki kateqoriyaya aid bir neçə M sinifli alışma baş verib. Onlardan çərşənbə axşamının ilk yarısında qeydə alınan ikisi Yer istiqamətində nisbətən böyük ölçüdə iki plazma buludu buraxıb”, - deyə Leus bildirib.
Mütəxəssis qeyd edib ki, beynəlxalq proqnoz mərkəzlərinin məlumatına görə, Günəş maddəsindən ibarət buludlar cümə günü səhər tezdən Yerə çatacaq.
“Geomaqnit sahədəki təlatümlər təxminən iki gün davam edəcək. Oktyabrın 9-da G1-G2 səviyyəli zəif və orta güclü maqnit qasırğalarının yaranması mümkündür. Maqnit qasırğalarının baş vermə ehtimalı təxminən 80 faizdir”, - deyə o vurğulayıb.
Leus əlavə edib ki, planetin geomaqnit sahəsinin bazar günü yenidən sakit vəziyyətə qayıtması proqnozlaşdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































