Xəbər lenti
Abramyan: Bakı çox böyük oyuna başlayıb

Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubio ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Söhbət zamanı digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, sülh gündəliyinin təşviqi, etimadın yaradılması və regional sabitliyin gücləndirilməsi üçün atılan addımlar müzakirə olunub.
Abramyan qeyd edib ki, ABŞ sülh prosesindəki yerini qorumağa, boşluğa yer verməməyə çalışır.
Erməni politoloq Qarabağ zəfərindən sonra bölgədə söz sahibinə çevrilən Azərbaycanın daha geniş hədəflərinə də diqqət çəkib:
“Azərbaycan daha böyük oyuna başlayıb və bu, təkcə Ermənistanla bağlı deyil, söhbət regionda aparıcı və diktəedici mövqe tutmaqdan gedir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























