Sizin Reklam Burada
Xəbər lenti
06-10-2026
05-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Tarix: 06-10-2026 21:18     Baxış: 337 A- / A+
Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.

“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib.

Mixail Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.

O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.

“Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar