Sizin Reklam Burada
Xəbər lenti
04-10-2026
03-10-2026
BÜTÜN XƏBƏRLƏR

Buxarestdə ehtiyatda olan hərbçilərin çağırışına başlanılıb

Tarix: 05-10-2026 11:53     Baxış: 335 A- / A+
Buxarest və ətrafındakı İlfov dairəsində Rumıniya ordusunun ehtiyatda olan hərbçiləri üçün səfərbərlik təlimləri başlayıb. 
Manevr.az xəbər verir bu barədə "Radio Romania" məlumat yayıb. 
Məlumata görə, oktyabrın 12-dək davam edəcək təlimlər çərçivəsində hər bir ehtiyatda olan hərbi qulluqçu bir gün ərzində döyüş atışlı məşğələlərdə iştirak edəcək, hazırda silahlanmada olan zirehli texnika ilə tanış olacaq. Həmçinin təcili tibbi yardım və kimyəvi, bioloji, radioloji və nüvə təhdidlərinə qarşı mühafizə üzrə təlim keçəcək.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlər mövcud geosiyasi vəziyyətlə əlaqəli deyil. Əksinə, onlar səfərbərlik mexanizmlərini yoxlamaq, məlumat bazalarını yeniləmək, həmçinin peşəkar hərbi qulluqçularla ehtiyatda olanlar arasında taktiki koordinasiyanı gücləndirmək məqsədi daşıyır.
Təlimlər başa çatdıqdan sonra iştirakçılara bir günlük ödənişli məzuniyyət hüququ və yol xərclərinin ödənilməsi imkanını verən sertifikat təqdim olunur. İştirak məcburidir və təlimə gəlməyənlər cərimələnəcəklər.


Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar